Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Anasını və bacısını görün nəyin üstündə öldürüb - TƏFƏRRÜAT

Murad Niftizadə 2019-cu ildə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirib. O, hadisədən dərhal sonra mühakimə olunmaqdan yayınaraq Rusiyaya qaçıb.

RegionTV.info  xəbər verir ki, Murad Niftizadə barəsində Cinayət Məcəlləsinin 120.2.4 (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanılıb, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Murad Niftizadə 2021-ci il oktyabrın 17-də Rusiyada həbs olunub, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında 2022-ci il mart ayında Azərbaycana ekstradisiya olunub.

İstintaqa ifadə zamanı M.Niftizadə bildirib ki, qətli anası ilə yaşayan bacısının açıq-saçıq şəkillərini sosial şəbəkədə gördüyü üçün törədib. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də