Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu ölkədə deputatlara "TikTok"dan istifadə qadağan edildi

Yeni Zelandiyada deputatlara rəsmi mobil telefonlarda "TikTok" sosial şəbəkə tətbiqindən istifadə etmək qadağan edilib.

RegionTV.info xəbər verir ki, bu barədə "New Zealand Herald" nəşri yazıb.

Quraşdırılmış "TikTok" tətbiqi martın 31-dən deputatların bütün telefonlarında işləməyəcək.

"Millət vəkilləri və parlamentin bütün əməkdaşlarına "TikTok"un bütün xidmət cihazlarından silinəcəyi barədə məlumat vermişik", - deyə Parlament administrasiyasının rəhbəri Rafael Qonsales-Montero bildirib.

Onun sözlərinə görə, parlamentin hazırkı iş mühitində bu risklər qəbuledilməzdir.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də