Argentina Prezidenti Alberto Fernandes bel yırtığı əməliyyatı olunub.
RegionTV.info xəbər verir ki, bu barədə Prezidentin həkim briqadası məlumat yayıb.
"Sizə bildiririk ki, bu gün Prezident bel nahiyəsində yırtıq olduğu üçün əməliyyat olunub. Prezident artıq iqamətgahına gedib və o, bundan sonra da müvafiq nəzarət altında olacaq", - açıqlamada deyilir.
Qeyd olunur ki, 63 yaşlı siyasətçiyə çərşənbə günü tibbi müayinə zamanı bel nahiyəsində yırtıq olması diaqnozu qoyulduqdan sonra ona ağrıkəsici iynə vurulub. O, ağrılara baxmayaraq, öz iqamətgahında işləməyə davam edib.