Bu gün Bakının Səbail rayonunun Neftçilər prospekti, Əziz Əliyev və Zərifə Əliyeva küçələri, eləcə də İçərişəhər ərazisinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
RegionTV.info xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən bildirilib.
Məlumata görə, buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.