Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İranda yenidən zəlzələ olub

İran ərazisində yenidən zəlzələ olub.

RegionTV.info  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri 175 min insanın yaşadığı Xoy şəhərindən 27 km cənub-şərqdə yerləşib, ocağı 61 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də