“Məni nişanlamışdılar. Amma sevgim başqa insana idi. Mən onu platonik sevirdim. Məşhur insan idi. Fuad Poladovu sevirdim”.
RegionTV.info xəbər verir ki, bu sözləri Əməkdar artist Sevinc Əliyeva deyib.
“Zaurla Günaydın” verilişinə qonaq olan aktrisa yeni nişanlandığı vaxtlarda mərhum Xalq artisti Fuad Poladovu sevdiyini və bunu da onun bildiyini etiraf edib:
“O, bizim kurs rəhbərimiz idi. Bildirdi ki mən onu sevirəm. O, da yeni ailə qurmuşdu. Mənim qiymətimi kəsirdi. Demişdi ki, “Mən səni gələcəkdə aktrisa kimi görürəm”. O, tamaşada tərəf müqabili kimi mənimlə oynamışdı. Kursumuzun digər rəhbəri Şəfiqə Məmmədovaya demişdim ki, mən Fuad Poladovu sevirəm. Özü də bilirdi”.
Xatırladaq ki, Fuad Poladov uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. O, 2018-ci ilin mayın 4-də vəfat edib. Akrtyor "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.