Naxçıvanda zəlzələ olub.
RegionTV.info xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasından 86 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 5.5 bal gücündə qeydə alınıb.
Zəlzələnin dərinliyi 10 kilometr olub. Zəlzələ Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.