Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Zəlzələ Naxçıvanda dağıntılara səbəb olub? - RƏSMİ

"Zəlzələ Naxçıvan Muxtar Respublikasında heç bir dağıntıya səbəb olmayıb".

RegionTV.info  xəbər verir ki, bu barədə apa-ya Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, hazırda muxtar respublikanın bütün şəhər və rayonlarından məlumat toplanılıb və heç bir dağıntı qeydə alınmayıb.

Qeyd edək ki, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasından 131 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub.

Zəlzələnin maqnituası 5.5, dərinliyi 10 km olub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də