Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyədə baş verən sel fəlakətində ölənlərin sayı artdı - FOTO - YENİLƏNİB

Türkiyənin Adıyaman və Şanlıurfa vilayətlərində baş vermiş sel fəlakəti nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

RegionTV.info  xəbər verir ki, Adıyamanda 2, Şanlıurfada isə 14 nəfər həyatını itirib.

Qeyd edək ki, ötən gündən bəri başlayan leysan yağışlar səbəbilə bölgə məktəblərində tətil elan olunub.

***11:16

Türkiyədə zəlzələ bölgəsində yaşanan sel fəlakəti can almağa davam edir.

RegionTV.info  xəbər verir ki, Adıyamanın Tut rayonunda bağçaya qurulan konteyner sel sularına qərq olub.

Nəticədə 2 nəfər həyatını itirib, 2 nəfərin axtarış-xilasetmə işləri isə davam edir.

Şəhərdə araşdırmalar aparan daxili işlər naziri Süleyman Soylu sel fəlakətində həyatını itirənlər arasında 1,5 yaşlı uşağın da olduğunu bildirib:

“Hazırda 163 nəfərdən ibarət 10 qrup 25 kilometrlik zolaqda axtarış-xilasetmə işləri aparır, xilasedici qrup arasında dalğıclar da var. Amma hava şəraiti və mövcud vəziyyət axtarışlara çox imkan vermir”.

Nazir baş verən daşqınlar nəticəsində Şanlıurfada 12, Adıyamanda 2 nəfərin həyatını itirdiyini, ümumilikdə isə 5 nəfərin axtarışlarının davam etdiyini açıqlayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də