
Regiontv.info xəbər verir ki, bununla bağlı müğənni sosial media hesabında yazıb.
"Məni hər kəs bayram keçirən, ölüsünə hörmətsizlik edən insan kimi təqdim etdi. Amma mən daxilimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqir dolu sözlər demişəm.
Əgər evimdə rəqsim sizi narahat etdisə, o zaman 31 dekabr gecəsi kanallarda mən daxil rəqs edən, qələbəni keçirən bütün ulduzlara, televiziyalara söz deyərdiniz. Yox, əgər məndə səhv axtarırsınızsa, əvvəlcə özünüzə baxın. İnsanı özündən çıxarmayın! Məni öldürməyə gücünüz çatmaz”, - deyə R. Ayxan bildirib.