RegionTV.info
“Ermənistan baş nazirinin açıqlamaları o qədər izaholunmazdır ki, onları şəhr etmək belə mümkünsüzdür”.
Bunu ənənəvi brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova News.ru portalının müxbirinin sualını cavablandırarkən deyib.
Tədbir nazirliyin sosial şəbəkə səhifəsindən canlı olaraq yayımlanıb.
Jurnalist XİN rəsmisinə Paşinyanın Rusiyanı bölgədə təhlükəsizliyin təminatı ilə bağlı öhdəliklərini yerinə yetirə bilməməkdə ittiham etməsi və bu işdə kömək üçün BMT-nin Təhlükəsizlik Şurasına müraciət etməsilə bağlı təklifini xatırladıb.
Buna cavab olaraq Zaxarova baş nazirin təklifini “döngələrdə möcüzələr” adlandırıb və şərh etməkdən imtina edib.