2022-ci ildə Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrinin hərbi qulluqçularına qarşı 143 cinayət işi açıb.
RegionTV.info xəbər verir ki, bu barədə “Ermənistan Respublikası hökumətinin 2022-ci il üçün proqramının (2021-2026-cı illər) icrasının gedişi və nəticələri haqqında” hesabatda deyilir.
Sənədə əsasən, cinayət işlərindən 17-si dövlətə xəyanət maddəsi, 47-si korrupsiya faktı, 9-u silah və döyüş sursatının qanunsuz dövriyyəsi, 12-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 58-i digər cinayətlər üzrə başlanıb.
Bundan başqa, 2022-ci ildə Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsində dövlətə xəyanət və casusluqla bağlı 26 cinayət işi araşdırılıb. 17 fakt üzrə cinayət işi məhkəməyə göndərilib. Eyni zamanda, 11 cinayət işinin istintaqı davam etdirilir.