Türkiyənin Hatay vilayətinin valisi Rahmi Doğan istefa verib.
RegionTV.info xəbər verir ki, vali bu barədə tvitter səhifəsində bildirib.
O, 5 ildir tutduğu vəzifədən istefasının səbəbini qarşıdakı seçkilərdə deputatlığa namizəd olacağı ilə əlaqələndirib.
R.Doğan bildirib ki, Sivasdan namizəd olmaq niyyətindədir.
"Dəyərli həmvətənlərim, 14 may 2023-cü il tarixində keçiriləcək parlament seçkilərində məmləkətim Sivasdan namizəd olmaq üçün 5 ildir ki, yerinə yetirdiyim Hatay valiliyi vəzifəsini tərk etdim", - deyə o bildirib.