Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın regionun əsas nəqliyyat mərkəzi olması baxımından mühüm addım

RegionTV.info

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü zamanı “Thales” şirkətinin Azərbaycan və Gürcüstan üzrə təmsilçisi Henrik Klaner bildirib ki, şirkət Bakıda regional nümayəndəlik yaradır.

Beynəlxalq miqyasda nəqliyyat, təchizat və sənaye sahəsində tanınmış “Thales” şirkətlər qrupunun Bakıda açılacaq yeni nümayəndəliyi Azərbaycan da daxil olmaqla, şirkətin Gürcüstan və Mərkəzi Asiya ofislərinin fəaliyyətini koordinasiya edəcək.

Henrik Klaner bildirib ki, şirkət Azərbaycanda nəqliyyat sahəsində fəaliyyət göstərən əsas tərəfdaşlarla, o cümlədən "Azərbaycan Dəmir Yolları" QSC ilə yaxından əməkdaşlıq etməyi planlaşdırır.

Azərbaycanın regionun əsas nəqliyyat mərkəzlərindən birinə çevrildiyini qeyd edən Klaner “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizləri üzrə dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində ADY ilə potensial əməkdaşlıq imkanları haqqında ətraflı danışıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də