
Regiontv.info xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.
O bildirib ki, şahid ifadələrinə görə, 872 nəfərin əsir və girov götürüldüyü təsdiqlənsə də, ermənilər bu faktları inkar edib: "Şahidlər deyirdilər ki, ermənilər onları aparıb, geri qaytarmayıb. Biz aidiyyəti beynəlxalq qurumlar vasitəsilə Ermənistanla əlaqə saxlasaq da, onlar bunu etiraf etmədilər".