RegionTV.info
İranda ilaxır çərşənbədə yaralananların sayı 1860, ölənlərin sayı 19 nəfərə çatıb.
Yaralıların əksəriyyəti Tehran, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərindədir.
Bundan əlavə yanan materialların partlaması nəticəsində Həmədanda bir mənzildə partlayış baş verib.
Nəticədə 9 yaşlı uşaq ağır yanıq xəsarətləri alıb.
Qumda içərisində yanan maddə olan çantanın partlaması nəticəsində isə 3 nəfər yaralanıb.
Yaşayış binasında baş verən hadisədə 3 qardaş ağır yaralanıb, onlardan biri 90 faiz yanıq xəsarəti ilə xəstaxanaya yerləşdirilib.