Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Blinken Efiopiyada səfərdədir

ABŞ Dövlət Departamentinin katibi Entoni Blinken Efiopiyanın paytaxtı Əddis-Əbəbədə səfərdədir.

RegionTV.info  xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel tviterdə paylaşım edib.

“Dövlət katibi Blinken bizim Efiopiya və Afrika İttifaqı Komissiyası ilə tərəfdaşlığımızı möhkəmlətmək üçün Əddis-Əbəbədədir”, - tvitdə qeyd olunub.

Xatırladaq ki, daha öncə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays E. Blinkenin Efiopiyaya və Nigerə səfər edəcəyini bildirmişdi. Dövlət katibinin Nigerə səfəri amerikan diplomatiyasının tarixində ilk olacaq. Baş diplomatın Nigerin paytaxtı Niameyə ziyarəti martın 16-na planlaşdırılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də