Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Nikol, bu da sənə yeni il hədiyyəsi” – Şurnux sakinləri evlərini yandırdılar

Reginotv.info
Şurnux kəndinin sakinləri evlərini yandırıblar.
Şurnux kənd sakini Ararat Ağabekyan yanvarın 4-də bu olayı əks etdirən video görüntü paylaşıb.
“Layiqli Şurnux sakini evini yandırdı. Yandırdı ki, evi türkə qalmasın. Biz 30 il əvvəl azad etdiyimiz torpaqları türkə verməyəcəyik, gücümüz yalnız buna çatır, biz adi insanlarıq, bundan artığını bacarmırıq. Gör, bizi nə hala salıblar ki, evlərimizi yandırmaq məcburiyyətində qalmışıq. Bu evdə bir türk yaşamamalıdır. Hakimiyyətin istəklərindən asılı olmayaraq, bu torpaqlar heç bir halda təslim edilməməlidir”, – deyə o, söyləyib.
Kənd sakinləri bildiriblər ki, hakimiyyətin davranışı buna səbəb olub.
“Nikol, bu da şurnuxlulardan sənə yeni il hədiyyəsi. Bu müvəqqətidir. Mən evimi yenidən tikəcəyəm. Növbəylə yandıracağıq, Nikol, ən böyük tonqalda isə səni yandıracağıq. Sən qoşunları, insanları məhv etdin, bizə səni söyməyi, ev yandırmağı öyrətdin. Nikol, sən də bu tonqalda yanmalı idin, bunun səbəbkarı sənsən”, – deyə kənd sakini hayqırıb.Xatırladaq ki, Azərbaycan hərbçiləri Ermənistanın Sünik bölgəsinin Şurnux kəndindəki sərhədlərin müəyyənləşdirilməsi üçün bu yaşayış məntəqəsinin 12 evin yerləşdiyi hissəsinin Azərbaycana məxsus hissəsinin yanvarın 5-dək tərk edilib, geri qaytarılmasını tələb edib

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də