RegionTV.info
Rusiya qırıcı təyyarəsi Qara dəniz üzərində ABŞ-a məxsus dronla toqquşub.
Bu barədə ABŞ ordusu məlumat yayıb. Bildirilib ki, Rusiyaya məxsus iki qırıcı təyyarə beynəlxalq hava məkanında rutin missiyasında olan ABŞ dronunun qarşısını kəsməyə çalışıb.
ABŞ-ın Avropa komandanlığının mməlumatında bildirilib ki, “rusların təhlükəli və qeyri-peşəkar davranışları” dronla qırıcı təyyarələrdən birinin toqquşmasına səbəb olub.
Məlumatda qeyd olunub ki, ABŞ və müttəfiqləri sözügedən ərazidə əməliyyatlarına davam edəcək.