Martın 15-dən Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsindən nəqliyyat vasitələrinin hərəkəti bərpa olunacaq.
RegionTV.info bildirir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, həmin yollarda aparılan təmir işləri bu gün ərazində başa çatacaq. Sabah səhər saatlarından isə yollar tam istifadəyə veriləcək.
Qeyd edək ki, Neftçilər prospekti və Akademik Zərifə Əliyeva küçəsində üç gündür təmir işləri aparılır. Bununla bağlı həmin yollarda avtomobillərin hərəkəti dayandırılıb.
Sabahdan marşrut avtobusları da ənənəvi xətlə hərəkət edəcək.