RegionTV.info
“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Mixail Saakaşvili və Ukrayna haqqındakı bəyanatları həqiqəti əks etdirmir. Təəssüflər olsun ki, bu gün qərbmeyilli xalqın yaşadığı Gürcüstanı rusiyameyilli hakimiyyət idarə edir”.
Bunu Baku TV-yə verdikləri müsahibələrində gürcü politoloqlar bildiriblər.
Onlar Ukraynanın Gürcüstanda ikinci cəbhə açmaq istəməsi haqqında səslənən fikirlərə də münasibət bildiriblər.
“Bizim baş nazirin bəyanatları “özünəməxsusluğu” ilə seçilir. Ağrılı məsələlərə yumorla yanaşır. O, baş nazir olsa da, ölkədə qərarlar Bidzina İvanişvili tərəfindən verilir. Mixail Saakaşvili, eləcə də Ukrayna haqqında dediklərinə gəlincə, Gürcüstanda mənfi proseslərə təkan vermək, ikinci cəbhənin açılması kimi fikirlər həqiqəti əks etdirmir. Bu, Putinin bəyanatı ilə eynidir və Rusiyanın maraqlarına xidmət edir. Ukraynanın müharibədəki qalibiyyəti gürcü xalqının da qalibiyyəti olacaq”, - deyə Baçuki Kardava qeyd edib.