Ağır yaralanan qazimiz Elnur Xəlilovun "YAŞAT" Fondu tərəfindən müalicə xərcləri və borc öhdəlikləri qarşılanıb, məişət şəraiti yaxşılaşdırılıb.
RegionTV.info xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Vurğulanıb ki, Fond tərəfindən dəstək tədbirləri davam etdirilir.
Qeyd edək ki, Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının "Hesabatlar" (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.