Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayevin oğlu Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
RegionTV.info bildirir ki, məsələ ilə bağlı bizim.media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb.
M.Ağayev baş verən hadisəni belə şərh verib:
"Oğlumla bağlı yazılanlar doğru xəbərlərdir. O, həqiqətən də sükan arxasında içkili vəziyyətdə olub. Qanunları pozduğuna görə də həbs olunub. Qanun qarşısında hamı bərabərdir. Başqa heç bir şey demək istəmirəm".
Qeyd edək ki, Manaf Ağayevin oğlu Müfiq barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.