RegionTV.info
Nizami rayonu Qara Qarayev prospekti 76 ünvanında yerləşən yaşayış binası sakinlərə xəbərdarlıq edilmədən sökülür.
Bu haqda həmin binanın sakinləri xəbər verib.
Söküntünü aparan şirkət isə "GIYASLI GROUP MTK"-dır.
Sakinlərin bildirdiyinə görə, mənzillərdə yaşayış ola -ola "GIYASLI GROUP MTK" binanın söküntüsünə başlayıb. Söküntü aparan şirkət sakinlərin narazılığına məhəl qoymadan, onlarla razılaşmadan, heç bir müqavilə bağlamadan və xəbərdarlıq etmədən söküntü aparır. Əşyaları ətrafa səpələnən ev sahibləri hətta əraziyə buraxılmırlar.
Nə edəcəklərini bilməyən vətəndaşlar çarəni ölkə başçısına müraciətdə görürlər. Onlar yalnız İlham Əliyevdən kömək gözləyirlər.
RegionTV,info sakinlərin göndərdiyi dəhşət doğuran görüntüləri təqdim edir: