Malavidə “Freddi” tropik qasırğası nəticəsində azı 40 nəfər ölüb.
RegionTV.info xəbər verir ki, bu barədə Malavi hökumətinin rəsmi nümayəndəsi Çipiliro Xamula məlumat yayıb.
Onun sözlərinə görə, zərərçəkənlər barədə məlumatlar daxil olmaqda davam edir. Malavinin iqtisadi paytaxtı Blantir şəhərinə ətrafındakı bölgəyə daha çox ziyan dəyib.
Daha əvvəl Malavi polisi 11 nəfərin öldüyünü açıqlamışdı.