Azərbaycanda gənc oğlan şantaj edilib.
RegionTV.info xəbər verir ki, hadisə Abşeron rayonu, Mehdiabad qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini R.A. polisə müraciət edərək sosial şəbəkədə tanış olduğu oğlan tərəfindən şantaj olunduğunu bildirib.
C.M. adlı şəxs R.A.nı şəkilləri ilə şantaj edərək onun pulunu mənimsəyib.
Daxil olan şikayət əsasında Abşeron polisində araşdırmalara başlanılıb.