Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cenifer Lopez gözəllik sirrini açıqladı: " 51 yaşındayam, 21 yaşımdan bəri..."






51 yaşlı məşhur müğənni Cenifer Lopez, gözəllik sirlərini izləyiciləri ilə paylaşıb. 21 yaşından bəri günəş kremi istifadə etdiyini söyləyən Lopez, "Bir gün də olsun günəş kremi istifadə etməyi unutmadım" deyərək digər dəri qulluqları haqqında məlumat verib.

Moderator.az xəbər verir ki, qüsursuz bədən qurluşu və baxımlı dərisi ilə hər zaman ilham qaynağı olan Lopez, gənc vaxtlarından bəri 30 qoruyucu xüsusiyyəti olan günəş kremi istifadə etdiyini, bunun da ən böyük gözəllik sirri olduğunu dilə gətirib.

Qeyd edək ki, ABŞ Dermatologiya Akademiyası, hər zaman günəş kremlərinin sadəcə dərini günəş yanığından və erkən yaşlanmadan korumağa yardımcı olmaqla qalmayıb, eyni zamanda dəri xərçənginin də qarşısını aldığını bildirir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də