Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Peruda güclü sel 18 nəfərin həyatına son qoyub

Peruda "Yaku" siklonunun səbəb olduğu daşqınlar və leysan yağışları 18 nəfərin həyatına son qoyub.

RegionTV.info  xəbər verir ki, bu barədə "Agence France Presse" məlumat yayıb.

Ümumilikdə hakimiyyət orqanlarının statistikasına görə, bir neçə ay əvvəl başlayan bu yağışlı mövsümdə 59 nəfər ölüb, 1300-dən çox yaşayış binası dağılıb.

Xatırladaq ki, bu ilin fevral ayında Perunun cənubundakı Arekipa departamentində 40 nəfər torpaq sürüşməsinin qurbanı olub. Təbii fəlakət nəticəsində 200-ə yaxın yaşayış binası dağılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də