Rumıniyada 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
RegionTV.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 11 min 300 nəfərin yaşadığı Nexoyu şəhərindən 9 kilometr şimal-qərbdə yerləşib.
Zəlzələ ocağı yerin 110 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.