Goranboy rayonun Borsunlu kənd ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
RegionTV.info-nun məlumatına görə, minik avtomobilinin idarəetmədən çıxaraq digər avtomobilə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib. Daha bir nəfər isə ağır halda Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Onların şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.