Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

RegionTV.info

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 942 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 583 nəfər müalicə olunaraq sağalıb, 10 144 nəfər vəfat edib, aktiv xəstə sayı 215 nəfərdir.

Ölkədə son sutka ərzində 1 114, hazırkı dövrədək isə 7 541 312 test aparılıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də