Türkiyənin Adana şəhərinin Saimbeyli rayonunda 4,4 maqnitudalı zəlzələ olub.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 7,7 km dərinlikdə olub.
Təbiət hadisəsi Bakı vaxtı ilə 16:31-də qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.