Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Fransanın Korsika adasında korsikan dili qadağan edildi

Fransanın Korsika adasında korsikan dilinin istifadəsi qadağan olunub.

RegoionTV.info  xəbər verir ki, bu barədə BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn tviterdə bildirib.

"Korsikada yalnız fransızcanın istifadəsinə icazə ayrı-seçkilikdir və beynəlxalq hüququn pozulmasıdır. Belə ki, ingiliscə dövlət universitetlərində istifadə olunduğu halda korsikan dili yasaqlanıb", - BMT-nin rəsmisi vurğulayıb.

Qeyd edək ki, The Guardian nəşrinin məlumatına görə, Fransa məhkəməsi Korsika adasındakı dövlət müəssisələrində korsika dilinin istifadəsinin qanunsuz olması barədə qərar çıxarıb.

Məhkəmə "Korsika xalqı" ifadəsini də faktiki olaraq konstitusiyaya zidd hesab edib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də