2012-ci ildə Azərbaycanda keçirilən Avroviziya mahnı müsabiqəsində qalib olan Loreen yenidən İsveçi təmsil edəcək.
RegionTV.info xəbər verir ki, sənətçi "Tattoo" mahnısı ilə "Avroviziya-2023"də ölkəsini təmsil etmək hüququ əldə edib.
Xatırladaq ki, Mərakeş əsilli ifaçı 2012-ci ildə "Euphoria" hiti ilə qələbəsindən sonra dünyada şöhrət qazanıb.