Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğan zəlzələ qurbanları ilə bağlı son statistikanı AÇIQLADI

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkən Hatayda açıqlamalar verib.

RegionTV.info  xəbər verir ki, o, ölənlərin sayının 48 mini, yaralananların sayının isə 115 mini keçdiyini, 50 min binanın dağıldığı bildirib.

"Fəlakətin ən çox dağıntı və insan ölümünə səbəb olduğu vilayət Hataydır. Ölənlərin sayının 48 mini, yaralananların sayının 115 mini keçdiyi, 50 min binanın dağıldığı belə bir fəlakət qarşısında Türkiyədən daha sürətli reaksiya verə biləcək ikinci ölkə yoxdur", - deyə Ərdoğan çıxışında bəyan edib.

Türkiyə Pezidentinin sözlərinə görə, zəlzələdən dəymiş ziyanın qiymətləndirilməsi işləri davam etdirilir.

"Hazırda Hatayda 183 min, 15 min kənd evinin tikintisi nəzərdə tutulur. Kırıkxanda isə 15 min 785 mənzil tikiləcək".

Ərdoğan zəlzələlərdən zərər çəkmiş bölgələrdə 426 min çadır qurulduğunu, qarşıdakı 2 ayda 100 min konteyner evin də qurulacağını bildirib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də