Ukrayna prezidenti Volodimir Zelenski ilə Çexiya prezidenti Petr Pavel cəbhədəki vəziyyəti müzakirə ediblər.
RegionTV.info-nun məlumatına görə, bu barədə Ukrayna Prezidenti teleqram kanalında bildirib.
Zelenski Petr Paveli vəzifə səlahiyyətlərinin icrasına rəsmi şəkildə başlaması münasibətilə təbrik edib.
Prezidentlər eyni zamanda Ukraynanın təhlükəsizlik ehtiyaclarını və Avropa İttifaqına üzvlük prosesini müzakirə ediblər.
"Biz fəal əməkdaşlığı davam etdirmək barədə razılığa gəldik", - deyə Zelenski məlumat verib.