Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Moldovada polislə etirazçılar arasında toqquşma olub

Bazar günü Moldovanın paytaxtı Kişinyovun mərkəzində polislə müxalifətin kütləvi etiraz aksiyasının iştirakçıları arasında toqquşma olub.

RegionTV.info  xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların şəhərin baş meydanına gedən yolunu kəsiblər.

Nümayişçilərin ayrı-ayrı qrupları polis kordonunu yarmağa çalışıblar. Onlar hökumət əleyhinə şüarlar səsləndiriblər.

Polislə qısa toqquşmadan sonra nümayişçilər xüsusi təyinatlıların kordonlarından yan keçərək parlament binasına, prezident iqamətgahına və hökumət binasına tərəf üz tutublar.

Moldova Baş Polis Müfəttişliyi 21-i azyaşlı olmaqla, 54 etirazçının saxlanıldığını bildirib.

Polisin məlumatına görə, onlar özlərini şübhəli aparıb və üzərlərində qadağan olunmuş əşyalar gəzdiriblər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də