Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Afaq Gəncəlinin səhhətində problem yaranıb - FOTO

Aparıcı Afaq Gəncəlinin səhhətində problem yaranıb.

RegionTV.info  xəbər verir ki, bu barədə Hacı Nuran instaqramda paylaşım edib.

"Afaqın ürəyində böyük bir dərdi var, amma bunu içində çəkib həmişə, dərdlər onu möhkəm edib. Mən heç Afaqı qəmli, qanıqara görmədim. Həmişə şad-xürrəm olub. Göz yaşını içinə axıdıb, qəhərini boğazında boğub. Elə içinə axıtdığı göz yaşı, boğazında düyünlənən qəhər onun səhhətində problemlər yaratdı. Afaq Gəncəli sağlamlığı ilə sınağa çəkilib. Hamının onun üçün dua etməsini diləyirəm. Çünki mənim dostumun bu dualara böyük ehtiyacı var. Allah şəfa versin" -, deyə, Hacı Nuran yazıb.

Xatırladaq ki, Afaq bir neçə gün əvvəl səhhətində yaranan problemlə əlaqədar "Səhər mərkəzi" verilişindəki fəaliyyətinə ara verib.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də