Martın 12-də gecə 3 radələrində İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərində yaşayış binasında güclü partlayış olub.
RegionTV.info xəbər verir ki, hadisədə 5 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bildirilib ki, partlayış 100 evə təsir edib. Şərqi Azərbaycanın Fövqəladə Hallar İdarəsinin rəhbəri Məhəmməd Xanbərar olayda 3 yaşayış evinin tamamilə dağıldığını açıqlayıb.