RegionTV.info
Gəncədə “Üzümçülük və şərabçılıq” mövzusunda təlim keçirilib. Bu haqda 11 mart tarixində Aqrar İnkişaf Könüllülərindən bildirilib.
Tədbir “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı və Gənclər Fondunun (Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation) dəstəyi ilə həyata keçirilib.
İlkin olaraq, Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının dosenti, aqrar elmlər üzrə fəlsəfə doktoru Məhsəti Ələkbərova tərəfindən “Üzümçülük və şərabçılıq” mövzusunda təlim keçirilib.
Təlim zamanı üzüm növləri, üzümçülük təsərrüfatlarının yaradılması, üzümün faydaları, şərabların təsnifatı, şərabların istehsalı, şərabların keyfiyyətinin müəyyən edilməsi haqqında danışılıb.
Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin üzüm bağına və “Göygöl Şərab Zavodu” ASC-yə ekskursiya təşkil edilib.
İştirakçılar müəssisənin istehsal prosesi, istehsal olunan şərab növləri ilə tanış olublar.
Son olaraq, layihə iştirakçıları sertifikatla təltif olunublar.