Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ali məktəblərdə yol hərəkəti təhlükəsizliyi qaydaları, eləcə də təhlükəsizlik mədəniyyətinin gənc nəsildə düzgün şəkildə formalaşdırılması məqsədilə tədbirlərə başlayıb.
RegionTV.info-nun məlumatına görə, idarənin inspektoru, polis baş leytenantı Pərvanə Muradova "Report"a bildirib ki, ilk belə tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetində baş tutub.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri təhlil olunduqda, 17-29 yaş qrupuna daxil olan gənclərin hadisə qurbanları içərisində sayı çoxluq təşkil edir:
"Hər bir gəncin yüksək bilik və bacarıqlarının formalaşdırılması ilə yanaşı, nizam-intizamlı olması, xüsusən də yol hərəkəti qaydalarına ciddi əməl etməsi cəmiyyətimizin inkişafı üçün olduqca əhəmiyyətlidir".
Belə tədbirlərin ilin sonunadək Bakı şəhərində bütün ali məktəblərdə keçirilməsi nəzərdə tutulur.