Bakıda çörək ucuzlaşıb.
RegionTV.info xəbər verir ki, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən marketlərdən birində çörəyin qiyməti 5 qəpik ucuzlaşıb.
Ənənəvi olaraq, son bahalaşmadan sonra 70 qəpiyə satılan Binə zavod çörəyi 65 qəpiyə təklif olunur.
Satıcılar çörəyin qiymətinin bu gündən etibarən 5 qəpik ucuzlaşdığını bildiriblər.