RegionTV.info
Azərbaycanın Baş naziri Əli Əsədov Li Çiana Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb.
Bu barədə Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.
"Məktubda Li Çiana fəaliyyətində uğurlar arzulanıb, Azərbaycan-Çin münasibətlərinin bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə və daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub", - məlumatda qeyd edilib.