Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Çəkiliş zamanı xəsarət alan aktrisa xəstəxanaya aparıldı - FOTO

Türkiyənin reytinqli layihələrindən olan “Kardeşlerim” serialının aktrisası Fadik Sevin Atasoy xəsarət alıb.

RegionTV.info  xəbər verir ki, o, çəkiliş meydanında olarkən qəza keçirib.

Belə ki, Fadikin ayağı yerdəki nəhəng daşa ilişərək yıxılıb. Daha sonra o, xeyli müddət yerdə yuvarlanıb. Aktrisa çəkiliş qrupunun köməyi ilə xəstəxanaya aparılıb.

Müayinə zamanı Fadikinin ayağının sındığı məlum olub. Həkim ona uzun müddət sınan ayağını yerə basmamağı məsləhət görüb.

Xatırladaq ki, Fadik Sevin Atasoy “Kardeşlerim” serialında "Şengül" obrazını canlandırırdı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də