Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türkiyəli alimdən qorxunc zəlzələ proqnozu: 7 ballıq təkanlar 35 saniyə davam edəcək

“Manisa şəhərinin Turqutlu rayonunda maksimum 7 maqnitudada, təxminən 35 saniyə davam edəcək zəlzələni proqnozlaşdırıram”.

RegionTV.info  xəbər verir ki, bunu Türkiyənin Manisa şəhərinin Turqutlu rayonundakı binaların zəlzələyə davamlılığını araşdıran prof. dr. Övgün Ahmet Ercan deyib.

O, zəlzələ zamanı çoxlu sayda dağıntının ola biləcəyini də bildirib.

“Turqutluya baş çəkmək imkanım oldu. Bəyəndiyim və bəyənmədiyim tikililər var”.

Professor onu da qeyd edib ki, zəlzələnin başvermə müddətinin uzanması dağıntıları da artıra bilər.

“Təməlinin dərinliyi 80 santimetrdən 1 metrə qədər olan binalar “intihar” evləridir və bunlar qısa zamanda müəyyən edilməlidir”, - deyə Ö.A.Ercan vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də