“Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin sifarişi əsasında bu ilin sonuna qədər 23 binadan ibarət 450 mənzil istifadəyə veriləcək”.
RegionTV.info xəbər verir ki, bunu Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin Mənzil-Kommunal Təmir Xidmətinin direktoru Nicat İsgəndərov deyib.
Onun sözlərinə görə, görülən işlərlə paralel olaraq məktəb, xəstəxana, hotel və digər iaşə obyektlərinin tikintisinə də başlanılıb:
“Xidmət olaraq şəhərdə tarixi-mədəni abidələrin qorunması, şəhəriçi yolların, parkların, xiyabanların təmizlənməsi işləri intensiv aparılır. Eyni zamanda Şuşada ağacların, kolların budanma işləri də görülür”.