Afrikanın cənub və şərqindəki 11 ölkədə ölümlə müşayiət olunan vəba xəstəliyinə yoluxanların sayında sürətli artım müşahidə edilir.
RegionTV.info xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) Şərqi və Cənubi Afrikadakı regional ofisinin rəhbərinin müavini Lieke van de Vil bildirib.
UNICEF rəsmisinin sözlərinə görə, 67 822 nəfərdə yoluxma qeydə alınıb, xəstəlikdən 1 788 nəfər dünyasını dəyişib.
O, qeyd edib ki, vəba yayılan ölkələrə 150 milyon ABŞ dolları ayrılmalıdır.
Hazırkı vəba epidemiyası 2022-ci ilin yazında Afrikanın cənubunda başlayıb. Cənubi Afrikanın SABC radiostansiyasının məlumatına görə, onun episentri Malavinin cənubunda yerləşir.