"Meta" şirkəti yeni sosial şəbəkənin yaradılması üzərində işləyir.
RegionTV.info xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
"Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş və müstəqil sosial şəbəkənin yaradılmasını nəzərdən keçiririk", - şirkətin açıqlamasında deyilir.
Yeni platformasının "Twitter" mikrobloqlar şəbəkəsinə bənzəyəcəyi bildirilir.
Sosial şəbəkə ilkin inkişaf mərhələsindədir, onun istifadəyə verilmə tarixi barədə məlumat yoxdur.
“Meta” şirkəti "Facebook" və "Instaqram" sosial şəbəkələrinin sahibidir.