İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun üzvləri Zəngilanın Ağalı kəndində mövcud infrastruktur layihələri ilə tanış olub.
RegionTV.info-nun məlumata görə, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev tviter hesabında yazıb.
O, xatırladıb ki, İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun budəfəki iclası Ağalıda keçirilib. “Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında həyata keçirilən layihələr haqqında iclas iştirakçılarına məlumat verdik”, - V.Hacıyev qeyd edib.