Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ermənistanda 108 nəfərin 260 milyon dollar pulu mənimsənilib

Ermənistanda 4 fırıldaqçı 108 vətəndaşın 101 milyon dramını (260 milyon ABŞ dolları-red) mənimsəyib.

RegionTV.info  xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, 2020-ci ilin yayında İrəvanın 40 yaşlı sakini 32 yaşlı tanışından qondarma kredit şirkətlərinin ofislərinin direktoru funksiyalarını üzərinə götürmək təklifi alıb. O, razılaşaraq 47 və 22 yaşlı iki qadın və digər naməlum şəxslərlə birlikdə müxtəlif adlar altında 14 saxta kredit təşkilatının adından feysbukdakı səhifədə ünvanlı reklamlar təşkil edib.

Elanlarda “güzəştli şərtlərlə kreditlərin verilməsi barədə məlumatlar öz əksini tapıb. Təkliflərə cavab verən vətəndaşlara müəyyən komissiya müqabilində bank və kredit təşkilatlarında malların hissə-hissə alınması üçün sonradan satılaraq öz adlarına kreditlərin verilməsi təklif olunub.

Bununla belə, saxta firmaların əməkdaşları müştərilərin onlayn banklardan kredit vəsaitlərinin alındığı “mobil bankçılıq” xidmətinə dələduzluq yolu ilə daxil olublar. Bu pullar vətəndaşlara verilməyib, üçüncü şəxslərin hesablarına köçürülüb və mənimsənilib.

Müstəntiqlər müəyyən ediblər ki, 101 milyon 182 min 461 dram (260 milyon dollardan çox) dələduzluq yolu ilə mənimsənilib.

Toplanılmış dəlillər əsasında 40 yaşlı, 32 yaşlı kişi və iki qadına qarşı külli miqdarda dələduzluq ittihamı irəli sürülüb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də